DİGƏR XƏBƏRLƏR
İlkin tədris kursunu başa vurmuş 46 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə yazılı imtahan keçirilib.
Hakimlərin Seçki Komitəsindən AZİNFORM.AZ-a verilən məlumata görə, həmin imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılıb və bütün namizədlərin bilikləri məqbul bilinərək onlar müsabiqənin növbəti mərhələsinə - tədrisin yekunları üzrə şifahi imtahana buraxılıblar.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçimi prosesi davam edir.