Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində bəzi yerlərdə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, bəzən küləyin sürəti saniyədə 25 metrə çatacaq. Bölgələrdə də bənzər hava şəraiti proqnozlaşdırılır.
Gözlənən yağışla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.