Səs yazısı yayılan müəllim işdən çıxarıldı - VİDEO
22-07-2022, 23:22

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb. Həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a müəllimin dərhal işindən azad edildiyi bildirilib:
“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”./bakupost.az/




up