XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatına layiq görülüb
22-07-2022, 09:45

XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatını alıb.

Azinform.az xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva 

tviter hesabında yazıb.

“Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə “Əkinçi” fəxri mükafatını XİN-in Mətbuat Xidməti olaraq aldıq. Təşəkkürlər, EMediaGroup!

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edirik!”, - XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri qeyd edib.





up