Məşhur “Time Out” jurnalı dünyanın hər yerindən olan redaktorların və 20 000 sakinin iştirakı ilə sorğu hazırlayıb. Hər bir şəhərin mədəni xüsusiyyətlərini nəzərə alan “Time Out” siyahısında şəhərlər yemək və içki, mədəniyyət və gecə həyatı baxımından sıralanıb. 2022-ci ilin 53 ən yaxşı şəhəri seçildiyi halda, siyahıda Azərbaycan paytaxtı yer almayıb. Qardaş Türkiyədən isə İstanbul ən sonuncu yerlərdə - 50-ci sırada dayanır.
AZİNFORM.AZ xəbər verir ki, sorğu zamanı şəhər həyatı, restoranlar, məkanlar, teatr, kino və incəsənət qalereyaları, qonşular, gecə həyatı, məhəllələr və s. haqda suallar ünvanlanıb. Burada məqsəd şəhər həyatının qlobal görüntüsünü yaratmaq və insanları yerli əhalinin həqiqətən də yaxşı vaxt keçirdikləri yerlərə yönləndirməkdir.
AZİNFORM.AZ siyahı ilə sizləri tanış edir:
1. Edinburq
2. Çikaqo
3. Medellin
4. Qlazqo
5. Amsterdam
6. Praqa
7. Mərakeş
8. Berlin
9. Monreal
10. Kopenhagen
11. Keyptaun
12. Madrid
13. Mançester
14. Mumbay
15. Melburn
16. Taypey
17. London
18. Porto
19. Lyon
20. Nyu York
21. Buenos Ayres
22. Birma
23. Stokholm
24. Tokio
25. San Fransisko
26. Dehli
27. Toronto
28. Lissabon
29. Boston
30. Mexiko şəhəri
31. Təl-Əviv
32. Paris
33. Kuala Lumpur
34. Manila
35. Afina
36. Dublin
37. Sao Paulo
38. Mayami
39. Barselona
40. Dubay
41. Roma
42. Los Anceles
43. Akra, Qana
44. Sinqapur
45. Abu Dabi
46. Sidney
47. Oklend
48. Rio de Janeyro
49. Yohannesburq
50. İstanbul
51. Banqkok
52. Honq Konq
53. Doha
AZİNFORM.AZ