Nazilə Səfərli: "Qanunsuz getmişdimsə niyə buraxıblar?"
9-07-2022, 22:47

Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazilə Səfərli bildirib ki, işğaldan azad edilən ərazilərə qeyri-qanuni keçmək mümkün deyil və o, Kəlbəcərə getmək üçün bütün lazımi qaydlara riayət edib:

“Həm özüm, həm də avtomobilimin portalda qeydiyyatdan keçib. Kəlbəcərə qanunsuz yolla səfər etmək mümkün deyil. Dörd post keçmişəm. Qanunsuz getmişdimsə niyə buraxıblar? Qanunsuz hərəkətlərə saxta xəbər yayanlar yol verir! Hərə öz işi ilə məşğul olsa yaxşıdır...”/oxu.az/





up