DİGƏR XƏBƏRLƏR
Pensiya, sosial müavinət, töqaüd və ünvanlı sosial yardım ödənişləri hər ay üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun təmin edilir.
Lakin bayram günlərinə görə çox zaman pensiyalar daha tez ödənilir. Bildiyiniz kimi, ölkəmizdə 9-10 iyul tarixlərində Qurban bayramıdır.
Bu bayram günlərində də pensiyaların tez verilməsi gözlənilir?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili AZİNFORM.AZ-a açıqlamasında bildirib ki, bununla bağlı işlər aparılır:
"Hazırda bununla bağlı işlər aparılır. İctimaiyətə yaxın zamanda geniş məlumat veriləcək".