"Maaşımı gözləyirəm, borcum var..." - Deputat GİLEYLƏNDİ...
1-07-2022, 15:27

AK Partiya Elazığ Millət vəkili Zülfü Dəmirbağ qatıldığı proqramda deputat maaşlarından və ölkədəki bahalaşmadan şikayətlənib.

AZİNFORM.AZ xəbər verir ki, iyul ayında növbəti artımla 56 min lirə ( 5 600 AZN-dən çox) maaş alacağı gözlənilən Dəmirbağ, "Bu maaşla vicdanlı adam deputat ola bilməz, çox çətindir. Hazırda utanıram. Bilirsiniz niyə? Çünki müşavirlərimə borcum var, maaşımı gözləyirəm”, - deyib. 

Bununla yanaşı, proqramda  "Ayda 2 kilo ət yesməkdənsə, yarım kilo yeyək" deyərək yaşayış bahalığından şikayət edib.

Deputatın bu açıqlaması Türkiyə mediasında gündəm yaradıb.





up