Daha çox müharibə veteranını aktiv məşğulluq tədbirlərinə cəlb etmək istəyirik - Nazir
28-06-2022, 13:25

Daha çox müharibə veteranını aktiv məşğulluq tədbirlərinə cəlb etmək istəyirik.

AZİNFORM.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, müharibə veteranlarına edilən ödənişin məbləği 2 il öncə 50 faizdən çox artırılaraq, 80 manata çatdırıldı.

"Düşünürəm ki, sosial ödənişlər islahatlarının daimi tərkib hissəsi qismində bu məsələyə də baxılacaqdır. Daha çox müharibə veteranını aktiv məşğulluq tədbirlərinə cəlb etmək istəyirik. Çünki onların böyük əksəriyyəti gənclərdir və əmək qabiliyyətli insanlardır", -deyə S.Babayev əlavə edib.





up