Bakıda “parkovşiklər” təzə “qayda” icad ediblər: Çıxılmaz labirint, yoxsa dərəbəyilik? - VİDEO
22-06-2022, 20:13

“Memar Əcəmi” metrosu yaxınlığında parklanma problemi yaşanır.

AZİNFORM.AZ xəbər verir ki, oxu.az-ın redaksiyasına daxil olan şikayətə görə, avtomobillər düzgün formada park edilmədiyi üçün digər maşınlar ərazini tərk edə bilmirlər.

Şikayətçinin sözlərinə görə, o, üç saat avtomobilini çıxarmaq üçün parklanma ərazisində digər maşınların sahiblərini gözləyib. Nəzarətçi isə ona avtomobillərin bu formada dayanmasının qanunauyğun olduğunu bildirib.

Sözügedən ərazidən olan görüntüləri təqdim edirik:





up