Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin toyu olub.
AZİNFORM.AZ xəbər verir ki, məclis ötən gün Bakıda restoranlardan birində baş tutub. Məclisdə dövlət qurumlarının rəsmiləri, tanınmış simalar da iştirak edib.
Gecəyə qatılanlardan biri də Əməkdar artist Vasif Məhərrəmli olub. Müğənni çıxışı zamanı toya dəvətsiz gəldiyini söyləyib. O bildirib ki, dostlarından Mobilin toyu olduğunu eşidib və məclisə qatılıb.
Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anada olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb, ayağı amputasiya olunub. Leytenant Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.