Psixoloqun açıqlaması səs-küy yaratdı
20-06-2022, 16:52

“Fulya ile Umut”  proqramı ilə tanınan və son zamanlar sosial mediada izləyicilərinin seksual etirafları ilə gündəmə gələn psixoloq Esra Ezmecinin son açıqlaması yenə səs-küy yaradıb.

 

Psixoloq məşhur aparıcı Armağan Çağlayanın “Zor ama yine de sor” verilişinə qatılıb. Aparıcı Ezmeciyə “Sizi ən çox təəccübləndirən etiraf hansı olub?” sualını ünvanlayıb. Esranın cavabı isə belə olub:

 

“Qayınanaların etdikləri təəccübləndirib. Deməli bir qaynana həftənin 3 günü oğlu ilə yatmaq istəyir. Gəlini qonaq otağına atıb oğlu ilə yatır. Ya da qaynana gəlinin alt paltarlarını oğurlayır. Onları aparıb əri üçün geyinir”.

 

Armağan Çağlayan gələn cavaba görə şoka düşərək  “inana bilmirəm, gülüncdür” söyləyib.  Bir müddət özünə gələ bilməyən aparıcı,  “necə yəni başa düşmədim, bir daha izah edin” deyərək psixoloqun hadisəni təkrar danışmasını istəyib.





up