Növbəti tədris ilində məktəbliləri yeni formalar bəzəyəcək. Nümunələr artıq hazırdır. Yeni formalar kostyum şəklində olmayacaq. Bu dəfə daha rahat üsluba üstünlük verilib. Həmçinin növbəti dərs ilindən qızlar da soyuq havalarda məktəbə şalvar geyinə biləcəklər.
Yeni məktəbli formaları hazırlanır. Bunu "Bakı Tikiş Evi"nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirdi.
Onun sözlərinə əsasən yeni məktəbli formalarının nümunələri artıq hazırdı.Bu formalar ötənilkilərdən fərqlənərək. Yeni geyimlər kostyum şəklində olmayacaq. Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub.
Etibar Əzimovun sözlərinə görə yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.
Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.
Qeyd edək ki,bir neçə gün bundan əvvəl Təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasina keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağini bildirmişdi.
AZİNFORM.AZ