Mənzil hədiyyə edilən qazi ilə Milli Qəhrəmanın qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
16-06-2022, 10:32

Ötən gün Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurublar.

AZİNFORM.AZ xəbər verir ki, mənzili cütlüyə agentliyin rəhbəri Vüqar Behbudov təqdim edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov paylaşım edib.

 “Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”, - qurum rəsmisi qeyd edib.





up