Formula 1-də yol polisinin yüksək peşəkarlığı göz qabağında idi - VİDEO
16-06-2022, 02:39

Baklda keçirilən Formula 1 yarışları uğurla başa çatdı. Hər zaman olduğu kimi, bu dəfə də yarışlar boyunca hərəkətin təşkilində və tənzimlənməsində yol polisi müstəsna xidmətlər göstərmiş oldu.

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər DYP İdarəsi, rayon DYP şöbələri ciddi iş rejimində nizamlı şəkildə fəaliyyət göstərdilər.

DYP rəhbərliyinin göstərişi ilə başqa rayonlardan da YPX əməkdaşları Bakıya cəlb olunmuşdu. 

AZİNFORM.AZ xəbər verir ki, ölkəmizdə bütün təbidlərin, beynəlxalq yarışların rahat və təhlükəsiz keçirilməsində polisin xidmətləri çox böyükdür. 

Bu cür yüksək xidmətin təşklinində əməyi keçən hər kəsə təşəkkür edirəm.

AZİNFORM.AZ


AZİNFORM.AZ



up