Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.
Bu barədə AZİNFORM.AZ-a Mərkəzdən bildirilib.
Hazırda buküçə və prospektlərdə sıxlıq müşahidə olunur:
1. Bakı-Sumqayıt şossesində – (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)
2. Moskva prospektində - (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər, əsas və kənar yol)
3. Binəqədi şossesində - (“Azadlıq prospekti” metro stansiyası istiqamətində)
4. Ziya Bünyadov prospektində - (Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)
5. Yusif Səfərov küçəsində - (Heydər Əliyev Mərkəzinin qarşısında - tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində)
6. Heydər Əliyev prospektində - (“Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər, kənar və əsas yolda)
7. Koroğlu Rəhimov küçəsində - (Ak.Həsən Əliyev küçəsi istiqamətində).