Bu tarixdən bütün yollar açılır
13-06-2022, 11:11

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq. Bu barədə AZİNFORM.AZ-a Bakı Şəhər Halqasından məlumat verilib.

Bundan başqa,  iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.





up