DİGƏR XƏBƏRLƏR
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
AZİNFORM.AZ xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib:
"Bildirmək istəyirik ki, "Son zəng" tədbirləri ilə əlaqədər olaraq bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək. Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. "Son zəng" tədbirini son mənzilə çevirməyin!", - DYP rəsmisi vurğulayıb.