Sumqayıtda eyni yol növbəti dəfə çökdü.
AZİNFORM.AZ oxu.az-a istinadla xəbər verir ki, şəhərin Kamran Hüseynov üçəsində avtomobil yolu iki yerdən çöküb.
Ətraf hissələrdə isə iri həcmli çatlar əmələ gəlib.
Çatların bir hissəsi yol kənarındakı yaşayış evlərinin qapısına qədər çatıb. Sakinlər problemin köklü şəkildə həllini tələb edir.