İkiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ - QALMAQAL
9-06-2022, 19:44

Rusiyada 2 Azərbaycan vətəndaşının yerli xanımlarla nikahı məcburi qaydada ləğv edilib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Yamal-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Belə ki, ötən ilin yazında Azərbaycan vətəndaşları Noyabrskda yerli sakinlərlə nikaha girib.

Araşdırma zamanı soydaşlarımızın Azərbaycanda da evli olduqları üzə çıxıb. Nəticədə hər iki vətəndaşın nikahı qanunsuz elan olunub.

Bundan başqa, həmin Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq və işləmək icazəsi də ləğv olunub.





DİGƏR XƏBƏRLƏR
up