Bir çox insan öz adasına sahib olmağı xəyal edir. Xüsusilə qocalığı orada keçirmək üçün adalar almağı düşünürləe. Təsəvvür edin ki, qocalıqda sakitlik, dəniz dalğaları, təmiz hava və bütün çimərlik yalnız sizin ixtiyarınızdadır.
Bizimxeber.az bildirir ki, biz bu barədə xəyallar qurarkən bəzi məşhurlar artıq öz adalarında istirahət edirlər. Adaları olan məhşurlar kimdir və bu lüks həyat neçiyə başa gəlir.
Johnny Depp...
O, Baham adalarındakı bütün Little Halls Pond Cay adasının sahibidir. Depp bu dəbdəbəyə 3,6 milyon dollar xərcləyib. Daha sonra Deppin Egey dənizində yaşayış olmayan adaları 4,2 milyon avroya aldığı bildirilir.
Şakira...
Populyar müğənni Şakira uzun müddətdir ki, ən cazibədar məşhurlardan biri kimi tanınır. Buna görə Latın Amerikalısının öz adası olması qəribə deyil. Onun Baham adalarında Bonds Cay-i 16 milyon dollara aldığı məlumdur.
Beyonce
Diğərlərindən fərqli olaraq Beyons adalara öz milyonlarını xərcləmədi. Onun həyat yoldaşı reper Cey Zi ona dəbdəbəli ad günü hədiyyəsi vermək qərarına gəlib. Beləliklə, 3 milyon dollara Baham adalarında bir ada alıb.
Riki Martin...
2008-ci ildə Riki Martin Braziliya sahillərində Angra dos Reis arxipelaqının bir hissəsini alıb. Bu lüks ona 8 milyon dollara başa gəlib.
Leonardo DiCaprio...
Leonardo DiCaprio, Beliz sahillərində Karib dənizindəki Blackadore Caye-nin sahibidir. Aktyor bu məlumatı açıqlamadığı üçün belə bir alışın dəqiq dəyərini heç kim bilmir. Lakin medianın məlumatına görə, belə bir alış ona 1,75-2,4 milyon dollara başa gələ bilər.
AZİNFORM.AZ