ARB TV-də yayımlanan "O üz" verilişi növbəti buraxılışını mərhum müğənni Rüfət Mehdiyevə həsr edib.
AZİNFORM.AZ xəbər verir ki, ifaçının qızı Jalə Mehdiyeva atası ilə bağlı xatirələrini bölüşüb:
"Hər zaman xəyal etmişəm ki, bir günümü atamla birlikdə keçirim. Bunu yaşaya bilməmişəm. Bu, ən zəif nöqtəmdir. Atamla bunu yuxumda yaşadım. Guya, səhər oyandıq, bütün günü bizə sərf etdi. Atam dedi ki, get, hər zaman yanınızdayam. Düşünürəm ki, atam tərəfindən hər zaman qorunuram.
Atam rəhmətə gedəndən sonra bacımın psixoloji problemləri oldu. Bizimlə danışmırdı. Ağır günlər yaşadıq. Hazırda, əlimdə olan hər şeyi verərdim ki, atamla birlikdə vaxt keçirim".
İfaçının digər qızı Zenfira Mehdiyeva "Atam rəhmətə gedəndən sonra gecələr yata bilmirdim, günlərlə oyaq qalırdım. Atam yuxuma girib dedi ki, ölməmişəm, həmişə sizin yanınızdayam. O yuxudan sonra rahatlaşdım" sözlərini əlavə edib. /axşam.az/