Pensiya ilə bağlı yenilik:Əmək kitabçaları ləğv edilir
1-06-2022, 05:05

Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün qeydiyyatlar elektron qaydada həyata keçiriləcək. 

Elektronlaşma yaxın zamanlarda əmək kitabçasının ləğv edilməsinə gətirib çıxaracaq. 

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı işlər artıq başlanılıb. Millət vəkili Vüqar Bayramov yerli kanalların birinə verdiyi açıqlamada mövcud dəyişikliyin əmək prosedurlarının sadələşdirilməsinə yeni imkanlar yaradacağanı deyib: 

"Əmək kitabçaları ləğv edildikdən sonra bütövlükdə işçi ilə bağlı məsələlər həll olunacaq. Məsələn, işçinin işə qəbul olunması, sosial ödənişlərinin elektron olaraq şəxsin hesabında görsənməsi imkanı yaranacaq, işçinin iş stajını hesablamaq mümkün olacaq. Üstünlük bundan ibarətdir ki, işçi bir işdən ayrılıb digərinə müraciət edən zaman işəgötürən elektron qaydada işçinin iş stajı ilə bağlı məlumatları əldə edə biləcək". 

Deputat bıldırıb ki, bu, həmçinin kiçik və orta sahibkarlığın inkişafına da səbəb olacaq: 

"Eyni zamanda, pensiya yaşı tamam olan zaman, pensiyaların aktiv hesablandığını nəzərə alsaq, bu imkan verəcək ki, vətəndaşın elektron bazasına onun iş stajı ilə bağlı məlumatlar əldə etməklə şəxsə pensiya verilsin, pensiya məbləğinin hesablanması asan şəkildə mümkün olsun". /cebhe.info/





up