Yol hərəkətinə dair qəribə fətva verildi - Tıxac haramdır
31-05-2022, 23:40

Bəlkə də başlıq qəribə görünə bilər: yol hara, fətva hara? Amma bəzən belə də olur, amma Azərbaycan kimi dünyəvi dövlətdə yox. 

AZİNFORM.AZ-ın xəbərinə görə, bir neçə il əvvəl İndoneziyanın Üləmalar Şurasında təmsil olunan nüfuzlu din alimləri yollarda sürətin azaldılması üçün qoyulan sünii maneələri haram hesab etdilər.

Alimlərin qənaətinə görə, sünii maneələr hərəkətə mane olmaqla yanaşı qəza və tıxaclara səbəb olur. Peyğəmbər (sav) bir hədisində bildirib ki, yolda hərəkətə maneə yaradan heç nə olmamalıdır. Bu baxımdan sünii maneələr şəriətə uyğun deyil.

Fətvada eyni zamanda bildirilir ki, tıxaca səbəb olacaq hərəkətlər günah, tıxac isə haramdır. 






up