AZAL və Buta-dan bilet sifarişi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
31-05-2022, 23:16

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
 
Hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
 
Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.
 
Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.

AZİNFORM.AZ





up