Sürücülərin nəzərinə: İyunun 14-dək... VİDEO
31-05-2022, 00:07

Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq. 

AZİNFORM.AZ xəbər verir ki, xezerxeber.az-ın məlumatına görə, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər. 

Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi "Abşeron" adlanır. 

"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

AZİNFORM.AZ





up