Qurbanlıq quzu neçəyədir? (AÇIQLAMA)
13-06-2024, 13:34

Qurban bayramına sayılı günlər qalıb. Artıq paytaxt küçələrində ət satışı mərkəzlərində dəstə-dəstə qoyun-quzu sürüləri görürük. Mətbuatda, sosial şəbəkələrdə bayramlıq quzuların qiymətinin kəskin artacağı ilə bağlı məlumatlar yayılır. Hətta bəzi məlumatlarda bayram günü quzu ətinin 25 manata kimi artacağı bildirilir.

Bəs, bu deyilənlər nə dərəcədə əsaslıdır? Doğrudanmı qurban bayramında quzu ətinin bir kilosunun qiyməti 23-25 manat arasında təklif olunacaq? 

Bunu dəqiqləşdirmək üçün yolumuzu Bakının ən böyük ət satışı nöqtələri olan Yeni Yasamalın "Ətçilər" məhəlləsindən saldıq. Satıcıların sözlərinə görə, hazırda bu məhəllədə quzu ətinin bir kiloqramının topdansatış qiyməti 20 manata təklif olunur:


"Bu gün qiymət 20 manatdır. Əgər kimsə Qurban bayramına kimi sifariş etsə, ona bayramlıq quzu 20 manata təklif olunacaq. Bayram günləri yaxınlaşdıqca ətin qiyməti artacaq. Bayram günlərində isə quzu ətinin topdansatış qiyməti 23 manata kimi artacağı gözlənilir".

Satıcılar deyir ki, adətən qurbanlıq ətlərin bayram günlərində qiyməti aşağı düşməlidir:

"Hər kəs ala bilmək imkanına malik olmalıdır. Amma görünən odur ki, bayram günlərində qiymətlər kəskin artacaq".






up