Zirəli ağbirçək: “İndiki gəlinlər ərinə deyir ki, yorğunam” - VİDEO
31-01-2024, 23:26

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Zirə sakini Arifə Kərimova köhnə adətlərdən danışıb.

O qeyd edib ki, əvvəllər qızın nişanlı olduğunu bildirmək üçün başqasının toyunda onun ardınca bir neçə xonça çıxarardılar:

“Xonçaya gəlin üçün bir dəst paltar, qızıl əşyası, ayaqqabı, şirniyyat qoyardılar. Bu o demək idi ki, qızı almışıq, artıq nişanlıdır. Təəssüf ki, bu adət artıq yoxdur”.

Müasir dövrdə boşanmaların çoxalmasından da danışan zirəli ağbirçək deyib ki, ailədə nə qədər söz-söhbət olsa da, onu qoruyub saxlamaq lazımdır”.

“İndiki gəlinlər ərinə deyir ki, yorğunam. Cavanlara “boşan, arxandayam” demək olmaz. Elə deyiləndə, əlbəttə ki, boşanacaqlar. Demək lazımdır ki, döz, otur”, - o söyləyib.

Ətraflı süjetdə:






up