Məşhur fenomen özü ilə evləndi
10-12-2023, 00:55

Bunu da gördük. 'Kübrasal' adlı fenomen özü ilə evləndi. “Mənə layiq olan yoxdur” deyən və özü ilə evlənən Kübra Aykut gəlinliyindən tutmuş gəlinlik maşınına qədər hər şeyi mükəmməl edib. Kübrasal bütün adət-ənənələri yerinə yetirdi və toyda əskik olan tək şey bəy oldu. Həmin anlar sosial mediada trend mövzusuna çevrilib.

AZİNFORM.AZ bildirir ki, sosial mediada kifayət qədər izləyicisi olan Kübrasal kimi tanınan Kübra Aykut ölkəmizdə bənzərsiz bir hadisəyə imza atıb. Evlənməyə bəy namizəd tapa bilməyən gənc fenomen özü evlənmək qərarına gəlib.

333.jpg

Fenomen Kübra Aykut gəlin avtomobilini özü bəzədib. O, maşınının arxasına belə yazıb: "Qızlar, narahat olmayın. Bəy yoxdur".  “Özümü heç kimə layiq görmədiyim üçün evlənməyə qərar verdim” deyən Kübra Aykut toyda çox oynayıb.

1233.jpg

28 yaşlı fenomenin qeyri-adi toyu sanki əsl toya bənzəyir. Toyda zərgərlik mərasimi də keçirilib. Kübra Aykutun ailə qurduğu anlar sosial şəbəkədə iz qoyub.

AZİNFORM.AZ




up