Ölkədə benzin ajiotajı yarandı: bahalaşacağı deyilir - 92 və 95 tapılmır
29-05-2022, 01:09

Sosial şəbəkədə istifadəçiləri bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində benzin qıtlığı olması ilə bağlı məlumatlar paylaşıb. 

AZİNFORM.AZ  xəbər verir ki, SOCAR-a məxsus, eyni zamanda, Lukoil, Azpetrol və digər yanacaqdoldurma məntəqələrinin bəzilərində Aİ 92, bəzilərində isə Aİ 95 Premium markalı benzin olmayıb. Bunu mərkəzi bazadan maşınların gəlməməsi ilə əlaqələndiriblər. Vətəndaşlar arasında isə benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılır.

Aidiyyəti qurum isə bu barədə hər hansı açıqlama verməyib.





up