DİGƏR XƏBƏRLƏR
Bakının bu küçəsində sürücülər hələ də qayda pozmaqda davam edirlər. AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı dəfələrlə məlumat dərc etsək də əksər sürücülər bundan xəbərsizdirlər. Ən pisi isə odur ki, sürücülər nişanlara baxmadan hərəkət edirlər. Bu səbəbdən də qayda pozuntuları artmaqda davam edir.
Sözügedən qayda pozuntuları paytaxtın Akim Abbasov küçəsində baş verir. Belə ki, İran klinikasından aşağıya doğru hərəkət edən zaman Həsən bəy Zərdabi küçəsi ilə kəsişmədə nişan düzünə və sağa hərəkət etməyi məcbur etsə də, sürücülər oradan sola dönərək qayda pozurlar. Həmin sürücülər barəsində kütləvi şəkildə elektron qərarlar tərtib edilir.