Metro bayram günlərində bu qrafiklə İŞLƏYƏCƏK
28-05-2022, 00:17

Mayın 28-29-u Bakı metropoliteninin "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkəti iş günləri cədvəli üzrə həyata keçiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən AZİNFORM.AZ-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, həmin günlərdə metropolitendə qatarlar adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə hərəkət edəcəyindən bu istiqamətlər üzrə iş günləri cədvəli qüvvədə olacaq.





up