Keçmiş MTN generalı əfv sərəncamına düşdü
27-05-2022, 22:33

Keçmiş MTN generalı Teymur Quliyev əfv edilib.

AZİNFORM.AZ xəbər verir ki, bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı ona da şamil edilib.

Qeyd edək ki, Teymur Quliyev Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi olub.

O, "MTN işi" ilə bağlı keçirilən əməliyyat zamanı həbs olunub.





up