Prezidentin əfv etdiyi ömürlük şəxs niyə tutulubmuş? - ŞOK DETALLAR
27-05-2022, 22:05

Xəbər  verdiyimiz  kimi   bu  gün  Prezident   İlham  Əliyev  əfv sərəncamı  imzalayıb.

Azadlığa çıxanlar  siyahısında  ömürlük  məhbus  Şəmsi  Səmədzadə də var.

Bəs Prezidentin əfv etdiyi  ömürlük  məhkum  Şəmsi  Səmədzadə  nə edibmiş?

AZİNFORM.AZ  xəbər  verir  ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. İndiki Göygol rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin yolu hələ Zakir Qaralov Gəncənin prokuroru olduğu zaman kəsişib.

Ancaq sonradan Zakir Qaralovun Baş Prokur təyin edilməsi Şəmsinin həyatını alt-üst edib. Ona qarşı CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Həmin dövrdə Şəmsi Səmədzadənin vəkili olmuş Namizəd Səfərov deyir ki, hətta iş adamı ona elan olunan ittihamlardakı cinayəti törətsəydi belə ona 12 ildən artıq cəza düşmürdü: “Ölkədə hər kəs bilir ki, bu şəxs Zakir Qaralovun şəxsi iradəsinin nəticəsində ömürlükdədir”.

Əfv olunan  məhkumun  həbsxanada  danışdıqlarını  təqdim  edirik:


AZİNFORM.AZ



up