Bakı Vağzalı meydanı piyada zonasına çevrildi
27-05-2022, 21:00

Metronun “28 May” stansiyasının və dəmiryol vağzalının qarşısındakı Cəfər Cabbarlının abidəsindən başlayaraq dəmiryolçular xəstəxanasına qədər olan ərazi piyadalar üçün ayrılmış zonaya çevrilib.

AZİNFORM.AZ-ın caliber.az-a istinadən məlumatına görə, şəxsi avtomobillərin meydana girişi və parklanması qadağan edilib.

Meydana yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən 5, 88, 125 və 125 nömrəli avtobuslar daxil ola bilər.

Onların köməyi ilə Teknofest-Azərbaycan festivalının keçirildiyi Bakı Kristal Zalına gedə bilərsiniz.






up