"Professorlarımız kitaba qarşı şit-şit zarafatlar edir" - KƏRAMƏT BÖYÜKÇÖL
27-05-2022, 11:09

Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.

Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) təşkilatçılığı ilə keçirilən festival  Bakı Dövlət Universitetinin həyətində - açıq havada reallaşır. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatıldığı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.

Festivalda öz kitabları ilə iştirak edən tanınmış yazıçı Kəramət Böyükçöl AZİNFORM.AZ-a açıqlamasında bildirib.

“Bəzi müəllimlərin kitaba münasibəti ərgən uşaq səviyyəsindədir. Görürsən ki, kitab almaq üçün iki proffessor yaxınlaşır, bir-biri şit-şit zarafatlaşırlar. Biri deyir “Sənin maaşın yaxşıdır, kitabı sən al” o biri cavab verir ki, ”Ə, yox e mən kitab oxuyanam"? Onlar bir-biriləri ilə şit-şit zarafat edəndə adam düşünür ki, bu müəllim auditoriya qarşısında necə çıxış edir", - deyə qeyd edib.





up