“Bəzi sürücülər avtomobilin zavod tərəfindən quraşdırılmış alın şüşəsini dəyişərək rənglisi ilə əvəz edirlər. Qanunda rəngli şüşə ilə bağlı qadağa yoxdur. Rəngli şüşəni bir şərtlə quraşdırmaq olar ki, şəffaflıq dərəcəsi normativlər çərçivəsində olsun”.
Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
O qeyd edib ki, rəngi dəyişən buqələmun (xameleon) və güzgü effekti yaradan şüşələrin istifadəsi qadağandır. Hətta bəzi plyonkalar var ki, güzgü effekti yaradır. Bu plyonkaların heç bir şüşəyə vurulmasına icazə verilmir. O cümlədən buqələmun və güzgü effekti yaradan şüşələrin də istifadəsi qadağandır:
“Yol polisi əməkdaşı bu şüşələrdən istifadə edən sürücüləri aşkar edən zaman İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə 150 manat məbləğində cərimə edə bilər”.
AZİNFORM.AZ