Karate idman növü ilə məşğul olan 36 yaşlı Ruslan Verdiyev haqqında yeni detallar məlum olub.
AZİNFORM.AZ xəbər verir ki, Ruslan Verdiyev tanınmış ailənin övladı olub.
2017-ci ildə Xalq artisti Nazpəri Dostəliyevanın evindən içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurladığı üçün həbs həyatı yaşayan və daha sonra azadlığa çıxan 36 yaşlı Ruslan Verdiyev iki gün öncə vəfat edib.
Həbsxanadan çıxdıqdan sonra normal həyata adaptasiya ola bilməyən Ruslan Verdiyev bir neçə kiçik cinayətə görə yenidən zindan həyatı yaşamalı olur.
Məlumata görə, Ruslan Verdiyev Sumqayıtda tanınmış ailənin övladı olub. Onun atası Əzizağa Verdiyev sözügedən şəhərdə idmanın karate növünün inkişafında xidmət göstərib. R.Verdiyev eyni zamanda, tanınmış həkim-cərrah İlyas Məmmədovun nəvəsi idi.