Ötən gün bağlanan Quba-Xınalıq yolu açıldı
26-05-2022, 10:49

Ötən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.

AZİNFORM.AZ xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətindən "apa"-nın yerli bürosuna verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.





up