SABAHIN HAVA PROQNOZU AÇIQLANDI
22-09-2023, 12:59

Azərbaycan ərazisində sentyabrın 23-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu - olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.





up