Aydan Salahova vəfat edən bacısından YAZDI - FOTO
20-09-2023, 15:49

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova vəfat edib.

AZİNFORM.AZ
xəbər verir ki, rəssam və heykəltəraş Aydan Salahova sosial şəbəkə hesabında 70 yaşında dünyasını dəyişən böyük bacısı ilə bağlı paylaşım edib.

Alagözün fotosunu səhifəsində yayımlayan Aydan onun doğum və vəfat etdiyi tarixi qeyd edərək “Parlaq, gözəl, nurlu, rəqs edən, sevən...” şərhini yazıb.

Qeyd edək ki, Xalq rəssamının mərhum qızı sabah torpağa tapşırılacaq.  

/bizim.media/







up