BDU-nun qarşısında maraqlı hadisə - Ata tələbə qızına maşın hədiyyə etdi
15-09-2023, 13:18

Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın hədiyyə edib.

AZİNFORM.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin qarşısında maraqlı hadisə yaşanıb. Belə ki, universitetin qarşısına şarlarla bəzədilmiş maşın gətirilib. Maşının nömrə hissənə “tələbə qızım” sözləri yazılıb.

Qeyd edək ki, görüntülər sosial şəbəkədə insanların marağına səbəb olub.






up