Payız fəslinin Azərbaycana daxil olacağı vaxt - AÇIQLANDI
7-09-2023, 12:21

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 10:49:56-da daxil olacaq.

Bu barədə  AZİNFORM.AZ-a  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, həmin vaxt gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Qeyd edilib ki, Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.






up