Yol polisinə tabe olmayan sürücü həbs edildi
31-08-2023, 10:26

Azərbaycanda yol polisinə tabesizlik göstərən sürücü həbs edilib.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, avqustun 30-da saat 11 radələrində Bakı-Quba yolunun 9-cu km-də Abşeron rayonunun ərazisində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Toğrul Əmirovun idarə etdiyi “Kia” markalı avtomobil standartlara uyğun olmadığı üçün saxlanılıb. Yol polisi əməkdaşları sürücüdən sənədlərin təqdim edilməsi tələb etdikdə isə sürücü polislərə qarşı tabesizlik göstərib.

T.Əmirov Abşeron RPİ-yə təhvil verilib və onun barəsində inzibati xətalar məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Toğrul Əmirov 8 gün müddətinə inzibati qaydada həbs edilib. /avtosfer.az/





up