Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
26-08-2023, 11:04

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək.

Bu barədə AZİNFORM.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti 27-si səhərədək davam edəcək. 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.





up