Süni intellekt ofis işçilərini əvəz edəcək
22-08-2023, 23:01

Süni intellekt ofis işçilərini əvəz edəcək. 

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb.

“Ofis işi süni intellekt texnologiyalarından ən çox təsirlənən kateqoriya kimi görünür”, - deyə təşkilat bildirib.

BƏT-ə görə bu texnologiyanın ümumilikdə ən əhəmiyyətli təsiri iş yerlərinin dağıdılması deyil, əksinə, iş yerlərinin keyfiyyətində, o cümlədən əmək intensivliyində dəyişikliklər ola bilər. 





up