"Telefonu şalvarın cibinə qoymayın" - Uroloqdan kişilərə XƏBƏRDARLIQ
12-08-2023, 18:00

Şalvarın cibində mobil telefon gəzdirmək sperma keyfiyyətini və kişilərin ata olma şansını azalda bilər.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə uroloq-androloq Vladlen Petrişşov Gazeta.ru-ya müsahibəsində deyib.

"Zərərli təsir istilik effekti ilə bağlı ola bilər. Mobil telefonlar tez-tez şalvarın cibində gəzdirilir, cinsi orqanların temperaturu yüksəlir və bu, kişilərin sağlamlığı üçün zərərlidir. Həmçinin təhlükə sperma DNT-sini zədələyə bilən reaktiv oksigen növlərinin (sərbəst radikallar) istehsalının artması ilə bağlı ola bilər", - həkim izah edib. 

Petrişov həmçinin kişilərə noutbuku dizlərinin üstünə qoymamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, mikrob hüceyrələrinin hərəkətliliyinin azalmasına və spermatozoidlərin DNT-sinin zədələnməsinə də kömək edə bilər.(publika.az)





up