DİGƏR XƏBƏRLƏR
Bakıda məktəbli formalarının satış məntəqələri açıqlanıb.
AZİNFORM.AZ xəbər verir ki, valideynlər təkcə Bakı Tikiş Evinin əsas binasında deyil, həmçinin tikiş evinin şəhərdəki müxtəlif satış mərkəzlərində məktəbli formalarını ala bilərlər.
BTE-nin satış müdiri Etibar Əzimov deyir ki, bütün filiallarda 4 rəngdə məktəbli geyim forması mövcuddur.
Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.