DİGƏR XƏBƏRLƏR
İranda Mədəni və İslami İrşad Departamentinin rəhbəri Reza Tsaqatinin başqa kişi ilə cinsi əlaqədə olduğunu göstərən görüntülər ölkəni qarışdırıb.
AZİNFORM.AZ xəbər verir ki, görüntülər sosial mediada yayıldıqdan sonra İslami dəyərləri yaymaq vəzifəsi daşıyan məmur işdən çıxarılıb.
Hökumət Tsaqatinin homoseksual meyllərindən xəbərsiz olduğunu açıqlayıb.
İranda homoseksualların həbsdə olduğunu qeyd edən sosial media istifadəçiləri Tsaqatiyə qarşı atılan addımı “ikili standart” kimi qiymətləndiriblər. İranda şəriət qanunlarına görə, homoseksual əlaqəyə girənlər ölüm cəzasına məhkum edilə bilər. /medianews.az/