ŞOK: Narkotik vasitələr su sayğaclarında gizlədilir? - VİDEO
27-07-2023, 09:44

Bəzi mənzillərdə su sayğacları küçələrdə quraşdırılır. Bu da narkotik satıcılarının işinə yarayır.

Belə ki, sakinlər iddia edirlər ki, narkotik satıcıları sayğacın qapağını qıraraq zəhərli maddələri onun içinə yerləşdirir və satış həyata keçirirlər. 

Sayğacların hamı üçün əlçatan olması ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, baxış keçirilməsi üçün su ölçən cihazlar əsasən mənzilin çölündə quraşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən qeyd edilib ki, neqativ halların qarşısını almaq məqsədilə məlumatlar əsasında ərazilərdə həm vizual müşahidə aparılır, həm də texniki imkanlardan istifadə edilir. 

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:





up